AZ

Əzbərçiliklə məktəbdə yeni ab-hava yaradan müəllim heyəti... - Professordan sərt sözlər

"Qarşıdan yeni dərs ili gəlir. Amma uşaqların əksəriyyəti artıq müəllim, repetitor yanındadır. Onlar üçün, onlarla məşğul olan müəllimlər üçün yeni dərs ili bayramı yoxdur. Öz məktəbini, öz sinif yoldaşlarını və müəllimlərini gözləyən uşaqlıq illəri yoxdur. Uşaqlarda yoldaşlıq, dostluq, birlik, insani xüsusiyyətlər, böyük-kiçiyə hörmət, Vətənə, valideynə və müəllimə məhəbbət aşılayan məktəb tədbirlərinin yerini əsasən internetdə yerləşdirib, hesabat vermək üçün gözə kül üfürən iclas, toplantı, fləşmob, nə bilim nə şəkillər tutur".

Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib

Professor qeyd üdib ki, ənənəvi olaraq öz müəllimi ilə tanınan məktəblərin simasını mənimsədiyi yeni dəyərlər və münasibətlərlə, əzbərçiliklə məktəbdə yeni ab-hava yaradan müəllim heyəti dəyişməkdədir:


"Test imtahanları, summativlər, olimpiadalar, SAT, nə bilim nə imtahanları var ki, hamısının istiqaməti insan, övlad, vətəndaş yox, tutuquşu, əzbərçi bir nəsil formalaşdırmaqdır. Yaşlı, orta və gənc nəsil tərbiyəçilər, valideynlər mobil telefonlara sarılmış körpə, uşaq, yeniyetmə tərbiyə etməkdə acizdirlər.

Uşaq-valideyn-müəllim, müəllim-məktəb rəhbərliyi, məktəb rəhbərliyi-təhsili idarəetmə orqanları, təhsil idarəçiləri-təhsil qanunvericilik aktları münasibətləri aparılan islahatlar fonunda yeni forma və məzmunu ilə hələ ki, qeyri-müəyyənlik yaşadır.

Kimin üzərinə nə düşürsə, düşünməyə, vəziyyəti nəzarətə götürməyə, verdiyimiz təhsilin məqsəd və məzmununa gətirməyə çalışaq".

Elnur
BakuPost
Seçilən
101
1
bakupost.az

2Mənbələr