Xankəndidə yaşayan erməni əsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmayacağına aydınlıq gətirilib.
Doğru.az – ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb: “Onun hansı millətdən olması əhəmiyyət kəsb etmir. Şəxsiyyət vəsiqəsini təqdim edən istənilən insan səs verə bilər. Səsvermə hüququ olan bütün vətəndaşlarımıza biz şərait yaratmışıq”.
DOĞRU.AZ