Digər ölkələrdəndə də bu turnirə iştirakçı cəlb etməyi planlaşdırırıq.
Doğru.az– ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərində təşkil olunan “Kürü keçək?!” yarışından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bu tədbirin artıq üçüncü dəfədir reallaşdığını xatırladıb: “Sevindirici hal odur ki, iştirakçıların sayı ildən-ilə artır. Hətta ötən ilə nisbətən yarışda mübarizə aparanların sayı 2 dəfə çox artıb. Bizim hesablama şirkətindəki çiplər artıq iştirakçı sayının çoxluğundan saymağı çatdırmırdı”.
Yarışda iştirak etmələri üçün Türk Dövlətlər Təşkilatı ilə danışıqlar aparırıq. Bir layihədə təklif etmişik və həyata keçib. Bizim üzgüçülüklə bağlı digər tədbirlərimiz də var. Hər şeydən əlavə Təşkilat Komitəsinə, Azərbaycan Üzgüçülük Federasiyasına, Bakı Şəhər Halqasına təşəkkürlərimi bildirirəm”.
DOĞRU.AZ