Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
Bu barədə “Sitat.info”ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.
Şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, hadisə Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.