31.08.2024 cü il tarixində saat 17:20 radələrində Lənkəran rayonu Vel kəndi sakinləri 4 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli) başın sol ənsə payının didilmiş-əzilmiş yarası, qarnın sol payının deşilmiş yarası, sağ bazunun qançırı, döşün aşağı 1/3-nin deşilmiş yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olublar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Lənkəran Mərkəzi Xəstəxanası açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda kənd xoruzu kütləvi davaya SƏBƏB OLDU
Bildirilib ki, yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.
Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu