Danimarkanın baş naziri Mette Frederiksen Ukraynaya verilmiş “F-16” qırıcılarından Rusiyaya hücumlar, o cümlədən Kursk bölgəsinə hücum üçün istifadə etməyə icazə verib.
SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Praqada keçirilən "Globsec-2024" beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində müvafiq bəyanat verilib.
...Biz “F-16”-nın istifadəsinə məhdudiyyət qoymuruq-deyəFrederiksen bildirib.
Bundan əvvəl hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin RT ilə söhbətində “F-16” təyyarələrinin Ukraynaya tədarükü ilə cəbhədəki vəziyyəti dəyişməyəcəyinə əminliyini ifadə edib.
Əli Babayev