AZ

İrəvanın Bakıya qarşı gizli gündəmi mövcuddur - XİN

Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Onun sözlərinə görə, Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
29
milli.az

10Mənbələr