Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, bir çox Avropa liderlərindən fərqli olaraq, o, Ukraynada hərbi münaqişə başlayandan bəri Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamayıb.
Qaynarinfo xəbər verir ki, Serbiya lideri bu barədə Praqada keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda danışıb.
"Mənim Vladimir Putinlə hansı münasibətim var? Müharibə başlayandan - 2,5 ildir onunla danışmamışam. Onunla bütün dünyada telefonla danışan, ona baş çəkən və görüşən bir çox Avropa liderlərindən fərqli olaraq...", deyə Vuçiç qeyd edib.
Onun sözlərinə görə, Serbiya Avropa yolundadır, lakin eyni zamanda Rusiya ilə yaxşı ənənəvi əlaqələrə malikdir. O xatırladıb ki, Serbiya Avropada yeganə ölkədir ki, anti-Rusiya sanksiyaları tətbiq etməyib, eyni zamanda Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini dəstəkləməyib. O, həmçinin iddia edib ki, bölgədəki beş ölkənin hamısının Ukraynaya göstərdiyi humanitar yardım Serbiyanın yardımından 20 dəfə azdır.
Aydın