AZ

MDB PA-nın koordinatoru: Azərbaycanda müşahidəçilərin işləməsi üçün hər cür şərait yaradılıb

“Azərbaycanda müşahidəçilərin işləməsi üçün hər cür şərait yaradılıb”.

“Far.Az” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin “TASS”a açıqlamasında deyib.

A. Yatski qeyd edib ki, MDB PA-dan olan müşahidəçilərə siyasi partiyaların rəhbərliyi, aidiyyəti dövlət qurumları ilə görüşlər keçirmək, habelə monitorinq missiyasının hesabatının hazırlanması üçün tam məlumat əldə etmək imkanı verilib.

Onun sözlərinə görə, MDB PA-dan qısamüddətli monitorinq altı ölkənin nümayəndələrinin daxil olduğu qrup tərəfindən həyata keçirilir: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan:

“Səsvermə günü onlar təkcə Bakıda deyil, ölkənin digər bölgələrində də seçki məntəqələrində çalışacaqlar”.

Rusiyalı müşahidəçi bildirib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi ölkə Konstitusiyasına tam uyğundur və ölkə seçki kampaniyasına tam hazırdır. O, Konstitusiya Məhkəməsində müşahidəçilərin keçirdiyi görüşdən danışıb.

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Konstitusiya Məhkəməsinin rolu xüsusilə mühümdür. Onlar ilk növbədə növbədənkənar seçkilərin təyin edilməsinin mümkünlüyünün konstitusiyaya uyğunluğu ilə bağlı Prezidentin (Azərbaycan Prezidenti İlham Əliyev – Qeyd) müraciətinə rəy veriblər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini bu gün onun sədri bizə təqdim edib. O, bizi tamamilə inandırıb”.

Seçilən
86
50
far.az

10Mənbələr