AZ

Hollandiya Ukraynaya bu maşından verəcək

Niderland Ukraynaya 28 ədəd “Vikinq” tırtıllı yolsuzluq avtomobili təhvil verəcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

Nazirin bildirib ki, Ukrayna əsgərləri yolsuzluq avtomobilini idarə etmək üçün Niderland Dəniz Piyadaları Korpusu tərəfindən təlim keçiblər:

“Ukraynanın bizim köməyimizə çox ehtiyacı var. Buna görə də, Niderland 28 ədəd “Vikinq” tırtıllı yolsuzluq avtomobilini verəcək”.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
21
teleqraf.com

10Mənbələr