Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
News365.az bildirir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.
Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.