Masallıda intihara cəhd olub.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, rayon sakini olan 52 yaşlı Həsən Yusifov (ad və soyad şərti) yaşadığı evdə özünü asıb. Lakin təsadüfən evdə olan oğlu onun bu əməlinin qarşısı alıb və atasının həyatını xilas edib.
Əldə etdiyimiz məlumata görə, Həsən Yusifovun intihara cəhd etməsinin səbəbi ailəsindən ayrılması olub. Ailə üzvləri ondan ayrılıb və evdə tək yaşayıb. Bundan bezən kişi özünü asıb. Lakin həmin an atasına baş çəkməyə gələn oğlu həm də onun xilaskarı olub.
"Cebheinfo.az"