AZ

Hamiləlikdə DİŞ AĞRISI

Hamiləlik dövründə xalq arasında geniş yayılmış olan qanunun əksinə diş ağrısı həll edilməz deyil. Diş həkiminiz 2-ci trimesterdə kanal müalicəsindən diş əti qanamalarına qədər bir çox vəziyyətə müdaxilə edə bilər.

Redaktor.az xəbər verir ki, hamiləlik dövründə artan ostrogen və progesteron səviyyələri səbəbiylə dişlər üzərindəki bakteriya və diş daşlarının artdığını və hamiləlik dövründə bu daşlar dişlərdən təmizlənməzsə dişlərdə qızarma, şişmə və qanaxma görülə bilər. Diş ətindəki qanamaya görə ana namizədlərinin dişlərini fırçalamaqdan çəkindiyini və bu səbəblə də bakteriyanın çox asanlıqla yarandığını müşahidə etmək olar.

Diş təmizliyinə diqqət yetirmək lazımdır

Xüsusilə hamiləliyin ilk aylarında yaranan mədə bulanması və qusmalara görə ağızda turşu miqdarının artdığını tüpürcəyin azaldığını, eləcə də hamiləliyin ilk aylarında ana namizədlərinin karbohidrat tərkibli bəzi yeməklərə hədsiz maraq göstərirlər. Həmçinin ana namizədləri çox tez-tez yemək yedikləri üçün və yeməklərdən sonra ağız və diş təmizliyinə diqqətsizlik etdiklərinə görə diş əti promlemleri və çürük əmələ gəlməsi sürətlənir. Bu səbəblə yeməkdən sonra mütləq dişlərin fırçalamaq lazımdır.

Səhv məlumatlara İnanmayın

Xalq arasında “Hər hamiləlik diş aparır”, “Hamilə ikən diş həkiminə getməzlər”, “Körpə ananın dişlərindən kalsium alır” kimi yanlış məlumatlara heç vaxt inanmaq lazım deyil. Bu məlumatlar qətiyyən doğru deyil. Çürük əmələ gəlməsi, çürüyün inkişaf etməsi, diş əti problemlərinin görülməsi hamiləlik dövrünün çox həssas bir dövr olmasına bağlıdır, sadəcə bu dövrdə ağız və diş təmizliyinin daha diqqətlə aparılması vacibdir.

Ana namizədləri nə vaxt diş həkiminə getməlidir?

Diş həkimlərinin və qinekoloqların ana namizədlərinə tövsiyəsi, hamilə qalmadan əvvəl bütün ağız və diş problemlərini həll etməkdir. Ancaq hamiləlik zamanı ortaya çıxan ağız və diş problemləri üçün diş həkimlərinin fikri hamilə xəstələrdə təxirə salınan müalicələrin doğuşdan sonraya saxlanılmasıdır. İdeal olaraq diş müalicələrinin 2-ci trimesterdə yəni hamiləliyin 4-cü və 6-cı ayları arasında aparılması əlverişlidir. Çünki ilk 3 aylıq dövrdə uşağın orqan inkişafı olur. Son 3 ayda isə artan bədən kütləsi ilə bərabər ana namizədi diş həkimi oturacağında otura bilməyəcəkdir. Ancaq bunların xaricində ağrı ilə müraciət edən xəstə hansı trimesterdə olursa olsun qinekoloq ilə məsləhətləşərək müalicə planlaşdırılır. Sadəcə bu dövrdə ana namizədində radioqrafiya aparılmaz, varsa daha əvvəl aparılan radioqrafiyalar qiymətləndirilir.

Ana namizədlərinin qarşılaşdığı diş problemləri qarşısında nə edilməlidir?

Ana namizədində qəfildən bir diş ağrısı olarsa bu dişin sinirinin əziyyət çəkdiyinin göstəricisidir, bu halda kanal müalicəsi lazımlıdır. Bir dəfəyə məxsus olmaqla və qinekoloqla məsləhətləşmək şərtilə anesteziya altında kanal müalicəsi aparıla bilər. Diş əti problemlərində hamiləliyin hər ayında müdaxilə edilə bilər. Damaq içərisində 20 yaş dişləri ümumiyyətlə ağrıya səbəb olur, kəskin bir alovlanma nəticəsində yenidən passiv dövrə keçir. Diş həkiminin müayinəsi nəticəsində keçiriləcək olan müalicə doğuşdan sonraya saxlanıla bilər (kayzen).

Seçilən
120
25
redaktor.az

10Mənbələr