AZ

Vuçiç Serbiyanın 2028-ci ilə qədər Aİ-yə üzv ola bilməyəcəyini dedi

“Serbiya 2028-ci ildə Avropa İttifaqına üzv ola bilməyəcək”.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Praqada keçirilən “Globsec” təhlükəsizlik konfransının panelində deyib.

“2028-ci ildə Avropa İttifaqının bir hissəsi olacağımıza inanmıram. Bu baş verməyəcək. Mən xalqıma yalan danışmıram. Bu, 2030-cu ildən əvvəl baş verə bilməz. Mənim qiymətləndirməm belədir", - deyə Vuçiç qeyd edib.

Eyni paneldə çıxış edən Monteneqronun Prezidenti Yakov Milatoviç isə ölkəsinin 2028-ci ilə qədər Aİ-yə üzv olacağına ümid etdiyini deyib.

"Biz son mərhələyə gəlmək istərdik və indi məqsəd 2028-ci ildə Aİ-nin 28-ci üzvü olmaqdır. Bu, iddialı bir məqsəddir, lakin mən çox ümid edirəm ki, real məqsəd olacaq", - deyə Milatoviç bildirib


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
9
teleqraf.com

10Mənbələr