AZ

Pavel Durovun Fransada həyatı təhlükə altındadır?

"Telegram" mesencerinin qurucusu Pavel Durovun Fransada həyatı təhlükə altında ola bilər.

Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.

"Makron və onun komandası uzun müddətdir ki, "Telegram"dan aktiv şəkildə istifadə edirlər və o, mümkün sızmalardan narahatdır. Pavel Durov həqiqətən də diqqətli olmalıdır, onun həyatı təhlükədə ola bilər", - deyə siyasətçi bildirib.

Xatırladaq ki, Durov avqustun 24-də şəxsi təyyarəsi ilə gəldiyi Parisdə saxlanılıb. Sahibkar məhkəmə nəzarətinə götürülüb və beş milyon avro məbləğində girov müqabilində sərbəst buraxılıb.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
6
oxu.az

10Mənbələr