Türkiyədə ər arvadını öldürərək intihar edib. Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Adıyaman şəhəri Bahçelievlər məhəlləsində baş verib. 36 yaşlı Ekrem Daşcan ilə 25 yaşlı 3 uşaq anası olan arvadı Merve arasında yaşadıqları evdə mübahisə yaranıb. Mübahisə zamanı kişi tapança ilə arvadını vuraraq, öldürüb. Daha sonra eyni silahla özünə də atəş açaraq, intihar edib. vakansiyalar1, 4 və 7 yaşlı uşaqların ağlamaq səsinə gələn qonşular polis və təcili tibbi yardıma xəbər veriblər. Həkimlər ər-arvadın öldüyünü müəyyən ediblər. Onların meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.Araşdırma aparılır.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta