AZ

Dünən yoxa çıxan helikopterin qalıqları tapıldı: sağ qalan yoxdur

Dünən Kamçatka yarımadasında yoxa çıxan Rusiyaya məxsus “Mi-8T” helikopterinin qəzaya uğradığı məlum olub.
 
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti bu gün məlumat yayıb.
 
Məlumata görə, avqustun 31-də Vaçkajets vulkanı yaxınlığında radardan itən helikopterin qalıqları tapılıb. Helikopterin təpəyə çırpılaraq qəzaya uğradığı ehtimal edilir.
 
Helikopterdə 3 ekipaj üzvü və 19 sərnişin olub. Qəza zamanı sağ qalan olmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
moderator.az

10Mənbələr