Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edib.
“Report” xəbər verir ki, XİN başçısı 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 08:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta