Polşa Seyminin üzvü və Yeni Ümid Partiyasının sədri Slavomir Mentzen ölkə prezidenti olacağı təqdirdə sərhəddə qeyri-qanuni miqrantların atəşə tutulmasına icazə verəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə ren.tv məlumat yayıb.
"Əgər kimsə Polşa dövlətinin sərhədini qanunsuz keçməyə cəhd edərsə, sadəcə güllələnməlidir", - siyasətçi partiyasının Varşavada keçirilən qurultayında çıxış edərkən deyib.
O əlavə edib ki, dövlət başçısı vəzifəsinə seçiləcəyi təqdirdə Polşada və bütövlükdə Avropada yayılmış solçu ideologiyaya qarşı çıxacaq.
Mentzen həmçinin bildirib ki, o, digər Polşa liderlərindən fərqli olaraq fəal və müstəqil prezident olacaq.
Hazırda Mentzen yeganə polşalı siyasətçidir ki, prezident seçkisində iştirakını rəsmən elan edib. Seçki 2025-ci ildə baş tutacaq, lakin dəqiq tarix hələ müəyyən edilməyib.
BiG.Az