AZ

Muxtar respublikanın bölgələrində seçici fəallığı müşahidə olunur

Bakı. Trend:

Bu gün səhər 8:00-dan Naxçıvan Muxtar Respublikasının şəhər vərayonlarında Milli Məclisə, ümumilikdə, 6 dairə üzrə seçkilərkeçirilir.

Trend xəbər verir ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçkidairəsi üzrə, ümumilikdə, 65 məntəqə fəaliyyət göstərir. Onlardan60-ı daimi, 5-i isə yeni yaradılmış məntəqələrdir.

Həmin məntəqələrin 29-u Babək rayonunda, 29-u Şahbuz rayonunda,7-si isə Kəngərli rayonunda yerləşir. Seçki məntəqələrinin hamısınatam təmirli və müasir tipli binalarda yer ayrılıb. Seçkilərinşəffaf şəkildə keçirilməsi üçün isə hər cür şərait yaradılıb.

Seçki dairəsinin sədri Taməddin Hüseynovun verdiyi məlumatagörə, dairə üzrə 47 min 576 seçici qeydə alınıb. Onlardan 24 min613-ü Babək, 16 min 259-u Şahbuz, 6 min 704-ü isə Kəngərlirayonundan olan seçicilərdir. Qeydə alınmış seçicilərdən 701-i ilkdəfə səs verən vətəndaşlardır ki, onların da 371-i Babək rayonunun,221-i Şahbuz rayonunun, 109-u isə Kəngərli rayonunun payına düşür.Ən yaşlı seçici 1928-ci il təvəllüdlü (96 yaşlı) Kiçikoba kəndsakini Ayna Muxtar qızı Qasımovadır.

Seçicilərdən 2 nəfər – 9 saylı məntəqədə qeydiyyatda olanSadıqov Məhəmməd Elnur oğlunun və 39 saylı məntəqədə qeydiyyataalınan Zeynalov Abbas Şəmsi oğlunun doğum günləri də bu günətəsadüf edib.

1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə 12seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə seçicilərin sayı 13min 248 nəfərdir ki, bunlardan da 185-i ilk dəfə səsverməhüququndan istifadə edir.

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 58 seçkiməntəqəsi yaradılıb. Həmin məntəqələrin 43-ü Şərur rayonundadır.Dairələr üzrə seçkilərə yüksək hazırlıq işləri görülüb,məntəqələrdə veb-kameraların quraşdırılması seçkilərin gedişatınıinternet vasitəsilə izləmək imkanı yaradıb.

6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 65 seçki məntəqəsifəaliyyət göstərir. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 47 min46 seçici qeydə alınıb ki, onların 512-si ilk dəfə olaraq seçkidəiştirak edir. Ordubad rayonu üzrə 42 məntəqədə seçicilər öznamizədlərinə səs verirlər. Burada seçici sayı 30 min 170, ilk dəfəsəs verənlərin sayı isə 313 nəfərdir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşıtamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var.Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçkiməntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyətgöstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-üisə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkünməntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səsverəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcəkseçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlıqadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll"keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdankeçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, VətəndaşlarınƏmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (AmerikaBirləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlarİctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) iləbirgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləriniizləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib.Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həminmüşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindənirəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasipartiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsindəsəsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan,birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameraquraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınanseçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələridaşınan seçki qutusu ilə təmin olunub.

Seçilən
119
3
az.trend.az

10Mənbələr