AZ

Məzahir Pənahov bir neçə ölkənin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşüb

Bakı. Trend:

Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MəzahirPənahov Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycanda səfərdəolan Latviya, Qırğızıstan, Türkmənistan, Rusiya, Tacikistan,Qazaxıstan, Moldova, Serbiya, Filippin və Gürcüstanın Mərkəzi SeçkiKomissiyalarının üzvləri ilə görüşüb.

Trend xəbər verir ki, seçki prosesi barədə qonaqlarıməlumatlandıran MSK sədri M.Pənahov deyib:

“Seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıqyerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələbolunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameraquraşdırılıb”.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edəbiləcək. Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır vəonların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyintələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydəalınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunudiqqətə çatdırıb.

Ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və sərbəstşəkildə seçki prosesini izlədiyini qeyd edən Məzahir Pənahovseçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-yamüraciət etdiyini vurğulayıb.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsverməhüququna malik 42 mindən artıq seçicinin öz konstitusionhüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahovonlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyətgöstərdiyini deyib. O, Milli Məclisə növbədənkənar seçkilərinAzərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini vəseçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını diqqətəçatdırıb.

MSK-dakı səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlarMilli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştiraketməkdən məmnunluqlarını ifadə edərək prosesləri fəal şəkildəizlədiklərini vurğulayıblar. Onlar seçki prosesininqanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf şəkildəkeçirildiyini qeyd edərək məntəqələrdə yüksək seçici fəallığınımüşahidə etdiklərini deyiblər.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlərətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
21
az.trend.az

10Mənbələr