AZ

Seçilsələr, 7-ci dəfə deputat olacaqlar...

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin “Exit poll” nəticələri açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu nəticələrin rəsmi rəqəmlərdən ciddi fərqlənməyəcəyi ehtimal olunur.

“Exit poll” nəticələrinə əsasən, 4 nəfərin 7-ci dəfə parlament üzvü olacağı gözlənilir.

Bunlardan biri 78 yaşlı Mixail Zabelindir. 34 saylı Xətai İkinci seçki dairəsindən seçildiyi ehtimal olunan Zabelinin 1995-ci ildən mandatı var.

66 yaşlı İmamverdi İsmayılov da 7-ci dəfə deputat mandatı almağa çox yaxındır. O, “Exit poll” nəticələrinə görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lideridir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş 79 saylı Eldar İbrahimovun da seçilmək şansı yüksək qiymətləndirilir. O, seçiləcəyi təqdirdə parlamentin ən qocaman deputatlarından olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
33
demokrat.az

10Mənbələr