Məşhur ispan aktyoru Rodolfo Sançonun oğlu bloger Daniel Sanço Bronçalo Tailandda törətdiyi qətldən sonra ömürlük həbs cəzasına məhkum edilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sanço kolumbiyalı plastik cərrah Edvin Arrietanın öldürərək cəsədi parçaladığını etiraf edib.
Sanço 2023-cü ilin avqustunda Tailandın Koh Phanqan kurort adasında kolumbiyalı plastik cərrah Edvin Arrieta Arteaqanı qətlə yetirməkdə təqsirli bilinib.
Məhkəmədəki ifadəsində Sanço Arrieta ilə mübahisə etdikdən sonra cərrahın ona cinsi təcavüz etməyə çalışdığını iddia edib. Dava zamanı Arrietanın başını vannaya vurduğunu və onun huşunu itirərək öldüyünü deyən Sanço daha sonra cəsədi parçalara ayıraraq dənizə və küçəyə səpələdiyini etiraf edib.
Yerli məhkəməsi əvvəlcə Sançonu ölüm cəzasına məhkum etsə də, bu cəza ömürlük həbslə əvəzlənib. Tailandda hələ də bəzi cinayətlərə, məsələn, qəsdən adam öldürməyə görə ölüm hökmü verilsə də, nadir hallarda icra olunur. Sonuncu edam 2018-ci ildə həyata keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun