İmişlidə traktorun aşması nəticəsində sürücü ölüb
"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Oruclu kəndində baş verib.
Oruclu kənd sakini, 1970-ci il təvəllüdlü Əmirov Fərahim Əmir oğlu idarə etdiyi traktoru aşırıb.
Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.