Müəllif:Ayşən İmanova/Banco.az
“Ford” şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli “Nano EcoBoost” mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi “Bronco”, “F-150”, “Edge”, “Explorer”, “Lincoln Nautilus” və “Lincoln Aviator” avtomobillərinə aid olacaq.
Tənzimləyici bildirib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər dövri mühərrik testi keçirəcəklər və lazım gələrsə, mühərriki pulsuz dəyişdirəcəklər.