AZ

Aİ-nin Ukraynaya hərbi yardımının ümumi həcmi 43 milyard avronu keçib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 43 milyard avrodan çox hərbi yardım edib.

Banco.az xəbər verir ki, bu barədə Aİ diplomatiya rəhbəri Cosep Borrell bildirib.

Onun sözlərinə görə, bu günə qədər Avropa İttifaqının (Aİ) hakimiyyət orqanlarının Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi təxminən 43-43,5 milyard avro təşkil edib.

Mülki sahədə maliyyə yardımı nəzərə alınmaqla, Aİ-nin Ukraynaya verdiyi subsidiyaların ümumi həcmi 100 milyard avro səviyyəsini keçib.

“Biz indi bir milyon artilleriya sursatının təhvil verilməsi ilə bağlı ilkin planımızın 65 faizini yerinə yetirmişik”, - deyə o, vurğulayıb.

Borrell əlavə edib ki, yayda Ukraynaya hərbi yardımla bağlı ilkin planın icra tempi daha da artıb. “İndi Avropanın müdafiə sənayesi tam gücü ilə işləyir”, - deyə Aİ diplomatiyasının rəhbəri yekunlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
banco.az

10Mənbələr