Xəbər verdiyimiz kimi bir müddətdir səhhətində problemlər yaşayan türkiyəli aktrisa Ahu Tuğba ötən axşam Mayamidəki evində dünyasını dəyişib.
7News.Az Türkiyə mətbuatına əsasən xəbər verir ki, aidiyyatı qurumlar 69 yaşlı Tuğbanın cənazəsini Mayamidən İstanbula gətirmək üçün danışıqlara başlayıb.
Xatırladaq ki, aktrisanın cənazəsi qızı Anjelik tərəfindən aşkarlanıb.
Onun hansı səbəbdən və necə öldüyü açıqlanmasa da, bir müddət əvvəl yol qəzası keçirən və əməliyyat olunan aktrisa, uzun müddət xəstəxanada müalicə alıb. O, həm də ağır astma xəstəliyindən əziyyət çəkirdi və dostları onun bu qəzadan sonra çox çətin günlər keçirirdiyini bildirib.
7News.Az