Bakı. Trend:
Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluqhadisələri qeydə alınıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, naməlum şəxslər müxtəlif vaxtlardaşəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusimaskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həminmarketlərdən iki min manatdan artıq nağd pul, 12 min manatdəyərində tütün məmulatları və ödəmə terminallarından 27 000 manatayaxın maddi vəsait ələ keçiriblər.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləritədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərinitörədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onlarıntörətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə dəlentə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətişi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdəiştirakının olub-olmaması istiqamətində araşdırmalar davametdirilir.