AZ

MİDA binalarında yaşayanların işi asanlaşdı

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən çoxmənzilli yaşayış binalarının idarə edilməsi prosesi üzrə xidmət keyfiyyətinin artırılması, vətəndaşların rahatlığı və vaxta qənaət baxımından məmnuniyyətinin təmin olunması məqsədilə işlər davam etdirilir.

Modern.az xəbər verir ki, Agentliyin inşa olunmuş layihələrində yaşayış binalarının idarə edilməsi prosesinin daha səmərəli şəkildə həyata keçirilməsi və vətəndaşlar tərəfindən əmlakların elektron qaydada idarə edilməsi prosesinin təmin edilməsi məqsədilə yeni “MİDA Kommunal” portalı (//kommunal.mida.gov.az) istifadəyə verilmişdir.

Yaşayış komplekslərinin sakinləri üçün bu portalda yaradılmış şəxsi kabinetləri üzərindən ödəniş etmək və ödəniş tarixçəsini izləmək imkanı təmin edilmişdir. Beləliklə, sakinlər müvafiq ödənişləri poçt məntəqələri, ödəniş terminalları, bank filial və şöbələri, bankların mobil tətbiqləri ilə yanaşı, “MİDA Kommunal” portalı üzərindən də rahat şəkildə həyata keçirə bilərlər.

Eyni zamanda, sözügedən portalda sakinlərin elan və bildirişlərlə tanış olmaq, əlavə olaraq onları maraqlandıran suallara cavab tapmaq, o cümlədən onlayn qaydada müraciət ünvanlamaq və müvafiq müraciətin operativ şəkildə cavablandırılması imkanı yaradılmışdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
6
modern.az

10Mənbələr