AZ

Sabiq deputat Nazim Bəydəmirli məhkəmədə şahidlərlə üz-üzə qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər Mürsəl İbrahimov və Ədalət Bağırov iştirak ediblər.
Nazim Bəydəmirli bildirib ki, o, zərərçəkmiş şəxsin şikayəti əsasında tutulmayıb:
"Sən mənə zəng eləmisən ki, gəl görüşək. Görüşün də məqsədi "Avto-Qarant" ASC ilə bağlı məsələyə aydınlıq gətirmək olub".
Ədalət Bağırov isə belə görüşün baş tutduğunu, ancaq həmin görüşdə heç bir məsələnin həll olunmadığını diqqətə çatdırıb.
Sonra şahid qismində Salman Xıdırov və Samir Hüseynov ifadə veriblər.
Məhkəmə sentyabrın 16-na təxirə salınıb.
Qeyd edək ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub. İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də
N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.
N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
2
oxu.az

10Mənbələr