AZ

Bir illik həsrət başa çatdı, rayon rəhbərliyi görməzdən gəldi

Nəhayət, Premyer Liqanın 5-ci turunda "Şamaxı"nın doğma publika önündə meydana çıxması reallaşdı.

"Şirlər" evinə "Neftçi" ilə bərabərliklə (0:0) döndü.

Matça ezam olunan Sportinfo.az-ın əməkdaşı qarşılaşmada diqqət çəkən hadisələri sizə təqdim edir.

* "Neftçi" komandasını Şamaxı şəhər stadionuna gətirən nəqliyyat vasitəsinin üzərində kluba məxsus heç bir atribut yox idi. Ön tərəfdə asılan "Neftçi" bayrağı olmasa, avtobusun "ağ qaralar"a məxsus olduğunu təyin etmək mümkün deyildi.

* Qarşılaşmanın startına təxminən 1 saat qalmış arenaya çatan qonaq futbolçular birbaşa meydança ilə tanış olmağa yollandılar. Bu zaman kapitan Emin Mahmudovun Georgi Kantariya və "Neftçi" yetirməsi Emin Zamanovla, Roman Qriqorçukun köməkçisi Sənan Qurbanovun isə Kamal Bayramovla uzun çəkən səmimi söhbəti oldu.

* Mahmudova yerli azarkeşlərin xüsusi diqqəti vardı. Hətta onu tribunalara çağırıb selfi çəkdirənlər belə oldu.

* "Şamaxı"nın bir illik fasilədən sonra Premyer Liqada ilk ev oyununa çıxdığını nəzərə alsaq, rəsmi şəxslər arasında şəhər rəhbərliyinin də olacağını ehtimal etmək olardı. Lakin İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tribunada görünmədi. Əvəzində tanınmış aktyor meydan sahiblərinin rəhbərliyi ilə birgə matçı izlədi.

* Tribunalarda boş yerlərin olması da diqqətdən qaçmadı. Oyuna giriş üçün biletlərin qiymətinin 3 manat olduğunu nəzərə alsaq, say azlığını buna bağlamaq olar.

XANOĞLAN İMANOV

Seçilən
182
43
sportinfo.az

10Mənbələr