Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseni Zamyatin Kamçatkada Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə İttifaqın rəsmi saytında məlumat verilib.
Avqustun 31-də radarlardan itən “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopterinin qalıqları sentyabrın 1-də Kamçatkanın Vaçkajets dağ silsiləsi ərazisində tapılıb. İlkin olaraq qəza yerində 17 nəfərin cəsədi aşkarlanıb. Helikopterdə RFB-nin maliyyə direktoru, eləcə də “Böyük Ölkə” turoperatorlar icmasının təsisçiləri uçurdular. Təyyarədə ümumilikdə 22 nəfər olub, onların cəsədləri xilasedicilər tərəfindən aşkar edilib.