Monqolustan hakimiyyəti Kreml ağasının hərbi cinayətlərinə görə məsuliyyəti bölüşdü...
"Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin Putinin məcburi həbsinə dair orderinə əməl etməkdən imtina etməsi bu ölkə üçün nəticələr verməlidir".
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixinin "X"(Twitter) şəbəkəsindəki şərhində deyilir.
"Monqolustan təqsirləndirilən cinayətkarın ədalətdən qaçmasına şərait yaratdı və bununla da onun hərbi cinayətlərinə görə məsuliyyəti bölüşdü. Bunun Ulan-Bator üçün təsirinin olmasını təmin etmək üçün tərəfdaşlarla işləyəcəyik”, - deyə XİN nümayəndəsi davam edib.
Tixiy deyib ki, Monqolustanın BCM-nin Putin barəsində məcburi həbs qərarına əməl etməkdən imtina etməsi “Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququ sisteminə ağır zərbədir”.
Xatırladılır ki, sentyabrın 2-də axşam saatlarında Rusiya prezidenti Vladimir Putin Monqolustana səfərə gəlib. Bu, onun 2023-cü ilin martında məhkəmənin Rusiya prezidentinin həbsinə order verdikdən sonra BCM-nin Roma Əsasnaməsini ratifikasiya etmiş dövlətə ilk səfəridir.
S.Laçın