AZ

Azərbaycanda kişilər “mamauşağı”dır - “Mamauşağı” olmayan çox az kişi var” – Foto

“İnsan 18 yaşında ailə qurmamalıdır, xüsusən də qızlar. Qızlar mütləq öz üzərilərində işləməli, nə istədiklərini bilməli, özlərini tapmalı, bütöv bir insan olmalı və bütöv bir insanla həyatlarını birləşdirməlidirlər. Məndən daim soruşurlar ki, niyə ailə qurmursan? Deyirəm ki, 18 yaşımda ailə qursaydım, təbii ki, kriteriyalarım az olardı, özüm də tam yetişməmiş bir insan olardım. Onda həyatını kiminləsə birləşdirmək daha rahatdır. İnsanın yaşı artıqca özünə münasibəti dəyişir. Artıq seçə bilirsən ki, sənə hansı münasibəti göstərmək olar, hansını yox. Əsla güzəştə getmirsən, xoşgörülü davranmırsan. Buna görə də getdikcə insanlarla münasibət çətinləşir. Başa düşürsən ki, 18-19 yaşında qızları niyə tez ərə verirlər? Çünki gözü açılmasın. Gözü açılanda nə olur? Sənə kimsə deyəndə ki, get çay gətir, deyirsən, “dur, özün gətir, mən niyə gətirməliyəm?” Amma evlilik sevgi əsasında olursa, onda, təbii ki, insan çay da hazırlayar, yemək də. Paltarlarını da ürəyi istəyər, yuyar. Sabah həyat yoldaşı deyər ki, həyatım, bu gün evləri mən təmizləyəcəyəm, paltarlarımı çamaşıryuyana özüm atdım… Nə gözəl, haradadır belə həyat yoldaşı? Varsa, biz də onunla ailə quraq…”

Bu sözləri aparıcı, aktrisa və influenser Turanə Hüseynli “Podkast kimi adam” layihəsinin yeni buraxılışında deyib.

“18 yaşında hansı qızları ərə verirlər, o qızlar deyirlər ki, yaxşı, bunu qəbul etməliyəm, bu cür yaşamalıyam, həyat yoldaşım nə deyirsə, o… Amma sən tam formalaşanda əksər kişi qəbul edə bilmir ki, necə başı dik-dik gedən qızla ailə qurum, axı həmişə sözümdən çıxacaq. Formalaşıb, ayaqlarının üzərində dayanır, özü pul qazanır, əlbəttə, ona pis davransam, çıxıb gedəcək. Hansı kişinin eqosu bunu götürür? Heç kimin. Azərbaycanda “mamauşağı” olmayan, “ana qurban”la böyüməyən, xarakterli, özünə güvənən, eqolarının qurbanı olmayan, nə istədiyini dəqiq bilən çox az kişi var ki, o, həyatında olan qadının məhz mənim kimi qadın olması ilə fəxr edir. Deyir ki, mən bu qadınla həyatımı birləşdirərəm, çünki özügüvənlidir, ayaqları üzərində dayanır, mənim həyatıma belə bir partnyor lazımdır, fəxr edirəm ki, belə bir partnyorum var. Onda həyat müştərək olur, sən qarşılıqlı enerji alış-verişi edirsən, digər həyat paylarını bölməyə başlayırsan. Bu yaşda belə bir partnyor tapmaq, onunla rastlaşmaq ehtimalı get-gedə azalır. Buna görə ailə qurmaq ehtimalı da azalır…” – o qeyd edib. (Pravda.az)

Seçilən
81
1
show.az

1Mənbələr