Bu gün Lənkəranın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
SeherXeber.org -ın məlumatına görə, rayonun Digah kəndində daşıyıcı qaz xəttinin su kanalından keçən 34 metrlik hissəsinin dayaqlar üzərinə qaldırılaraq küçənin kənarı ilə yenidən quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər tamamlanana qədər Lənkəran şəhərinin A.İsmayılov, 28 May, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri və həmçinin Digah və Şiləvar kəndləri də daxil olmaqla ümumilikdə 2 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.