Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.
Bildirilib ki, xtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
O cümlədən, cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.