AZ

Quru südlə bağlı XƏBƏRDARLIQ – “Uzunmüddətli fəsadlara səbəb ola bilər”

Süd qida rasionumuzun əvəzedilməz komponentlərindən biridir. Ancaq  təbii inək südünün  saxlama müddəti yalnız bir neçə gün olduğu üçün bir çox insan qutularda olan südlərlə yanaşı, quru süd adlanan süd tozlarından istifadə etməyə üstünlük verir.

Bu məhsullar haqqında fikirlər müxtəlifdir. Belə ki, bəziləri quru südün inək südündən hazırlandığı üçün tam zərərsiz olduğunu düşünsələr də, bu məhsulların tərkibinə kimyəvi maddələr qatıldığını deyənlər də az deyil.

Bəs həqiqət nədir? Quru südlər insan orqanizminə necə təsir edir?

Qida eksperti Asim Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, süd tozu və təbii inək südü arasında bəzi fərqlər mövcuddur və onların hər biri qida dəyəri baxımından fərqlidir. Quru südlər təbii süddən əldə olunsa da, bəzən proses zamanı bəzi vitaminlər, xüsusilə, B və C vitaminləri itkiyə məruz qalır.
 

MÖVZU İLƏ BAĞLI:

Orqanizmi məhv edən hazır ƏRİŞTƏLƏR – Kimlər üçün DAHA TƏHLÜKƏLİDİR?


Süd tozunun orqanizmə zərəri var?

“Bu, sağlamlıq üçün ciddi təhlükə yaratmasa da, uzun müddət saxlandıqda yağ oksidləşməsi baş verə bilir. Bu da orqanizm üçün zərərli ola bilər. Bəzi aşağı keyfiyyətli məhsullara konservantlar və stabilizatorlar əlavə olunur, bu da uzunmüddətli istifadədə sağlamlıq problemlərinə səbəb ola bilər. Keyfiyyətli istehsal olunmuş quru südlər daha təhlükəsizdir”, - deyə ekspert bildirib.

Quru südlərin tərkibinə kimyəvi maddələr qatılır?

“Əslində keyfiyyətli süd tozu istehsalında belə qatqılar əlavə olunmur. Lakin bazarda bəzi aşağı keyfiyyətli məhsullar olur ki, bunlar süni qatqılarla zəngin ola bilər. Buna görə də məhsulun mənbəyinə və tərkibinə diqqət yetirmək vacibdir”.

Göründüyü kimi, keyfiyyətli quru südlər sağlamlığa o qədər də zərərli deyil. Ancaq yadda saxlamaq lazımdır ki, hər zaman məhsulun keyfiyyətlisini almaq sağlamlıq üçün arzuolunandır.

Ona görə də quru süd istifadə edərkən yüksək keyfiyyətli məhsulları seçmək, qidalanma rasionunu balanslaşdırmaq  və kimyəvi qatqıları minimiuma endirmək üçün məhsulun tərkibini diqqətlə yoxlamaq vacibdir.

Nəzrin Mirzəyeva, Bizim.Media               

Seçilən
147
8
bizim.media

10Mənbələr