Riçard Kerroll: "İranın şimalında yaşayan azərbaycanlılar özlərini bu ölkədən daha çox Azərbaycanla eyniləşdirirlər"
İqtisadçı Riçard Kerrollun "Modern Diplomacy" saytında dərc etdirdiyi "İran rejimi böhran içindədir" başlıqlı məqaləsində Yaxın Şərqdə baş verən hadisələrdən və İranın Yəməndə üzləşdiyi problemlərdən söz açılıb.
"Azərbaycan Zəngəzur dəhlizinin açılmasında getdikcə daha çox təkid edir..."
Lakin bütün bunlar öz yerində, müəllif adıçəkilən məqaləsində, habelə İranın azərbaycanlı əhalisi ilə bağlı problemlərə də toxunulub: "İranın şimalında yaşayan #azərbaycanlılar özlərini İrandan daha çox Azərbaycanla eyniləşdirirlər. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında getdikcə daha çox təkid edir..."
"Əgər Azərbaycan Zəngəzur dəhlizini əldə edərsə, bu, Türkiyənin hərbçilərini İranın şimal sərhədlərinə yerləşdirməsinə imkan verəcək"
Kerroll Bakının Ankara ilə Azərbaycan sıx əlaqədə olması faktına da toxunub. "Əgər Azərbaycan Zəngəzur dəhlizini əldə edərsə, bu, Türkiyənin hərbçilərini İranın şimal sərhədlərinə yerləşdirməsinə imkan verəcək", - deyə müəllif vurğulayıb.
Qeyd olunub ki, İranda yaşayan bəzi azərbaycanlı siyasi və ictimai fəalların açıq şəkildə Azərbaycan Respublikası ilə birləşmək çağırışları və Azərbaycanın da Türkiyə tərəfindən dəstəklənməsi ilə daxili məsələ böyüyəcək.
Təbii ki, bu kimi geosiyasi məsələlər daha bir amili də üzə çıxarmış olur - İranda yaşayan milyonlarla soydaşımızın müqəddəratını. Yəqin ki, tarix və regionda baş verən müxtəlif olaylar bəzi məsələləri öz yerinə qoyacaq...
Afət Tahirqızı