Banqladeşdə leysan yağışlar və çayların daşması nəticəsində baş verən daşqınlarda həyatını itirənlərin sayı 67-yə yüksəlib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin11 bölgəsində daşqınlarda ölənlərin sayının 67-yə çatıb.
Qeyd edilib ki, avqustun 29-da daşqından zərər görmüş rayonlarda 600-ə yaxın tibb briqadasının sahədə çalışdığını, təbii fəlakətlə əlaqədar bölgədə 500 mindən çox insanın 3403 müvəqqəti sığınacaqda yerləşdirildiyini açıqlayıb.
Əli Hüseynov