AZ

"Naxçıvan" Universiteti MMC LƏĞV EDİLDİ

"Naxçıvan" Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib.

 

Modern.az-ın məlumatına görə, MMC kreditorlara müraciət edib.

 

Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirə bilərlər.

 

MMC 1999-cu ildə qeydiyyata alınıb, rəsmi təmsilçisi Anar Kazımov, nizamnamə kapitalı 500 manatdır.

 

Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı idi.

 

Bu ilin fevral ayında Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub. Universitetin bağlanması təsisçinin qərarıdır. Universitetdə təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
39
modern.az

10Mənbələr