AZ

Ötən ay sərhəddə 4 milyon manatlıq qaçaqmal SAXLANILDI

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ötən ay ümumi dəyəri 4 milyon 022 min 156 manat оlan qaçaqmal, о cümlədən zinət əşyaları, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb. 

Bizim.media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilib. 

Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 321 kiloqram 997 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8439 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
bizim.media

8Mənbələr