AZ

Türkiyə BRİKS-lə bağlı qərarını verdi: Avropa İttifaqından reaksiya gəldi

Türkiyənin hansı bloklara qoşulacağına və digər ölkələrlə necə əməkdaşlıq quracağına müstəqil qərar vermək hüququ var.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, Avropa Komissiyasının (AK) xarici siyasət məsələləri üzrə nümayəndəsi Piter Stano Ankaranın BRİKS-ə mümkün daxil olmasını belə şərh edib.

Avropa İttifaqının (Aİ) nümayəndəsi deyib: “Hər bir başqa dövlət kimi Türkiyənin də özü üçün nəyin daha yaxşı olduğuna müstəqil qərar vermək, ittifaqlar qurmaq, həmçinin digər ölkələrlə əməkdaşlıq etmək hüququ var”.

Stano əlavə edib ki, Türkiyə Avropa İttifaqına namizəd olaraq qalır. O, Aİ-nin Ankara ilə “yaxşı və çox sərfəli ticarət əlaqələri” olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
29
publika.az

10Mənbələr