AZ

Putin Monqolustanda etirazla qarşılandı: Ukrayna bayraqları qaldırıldı – FOTO

Monqolustanda polis və təhlükəsizlik qüvvələri Rusiya prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı əllərində Ukrayna bayrağı tutan etirazçıların qarşısını alıblar.

Publika.az xəbər verir ki, səfər Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinin həbsi ilə bağlı orderinə əməl etməsi ilə bağlı çoxsaylı çağırışlar fonunda baş tutub.

Putinin gəlişindən əvvəl Rusiya simvollarının vurulduğu hökumət binasının divarları qarşısında etiraz aksiyası keçirilib. Monqolustan vətəndaşları Ukrayna bayraqları və hökuməti Rusiya prezidentini “hərbi cinayətlərə görə həbs etməyə çağıran” plakatlarla çıxıblar.

Avropa Komissiyasının sözçüsü Nabila Massrali deyib: “Bütün digər ölkələr kimi Monqolustan da beynəlxalq münasibətlərini öz maraqlarına uyğun inkişaf etdirmək hüququna malikdir”.

Monqolustan hələ 2003-cü ildə BCM-ə qoşulub.

Beynəlxalq Cinayət Məhkəməsi Monqolustanı Vladimir Putinin ölkəyə səfəri kontekstində əməkdaşlıqdan imtina etməsinin nəticələri ilə hədələyib. Beləliklə, BCMnümayəndəsi Fadi əl-Abdallahın sözlərinə görə, Monqolustan da məhkəmənin digər üzv ölkələri kimi “əməkdaşlıq etmək öhdəliyinə” malikdir. Buraya məhkəmənin 2023-cü ildə Putinin həbsi üçün verdiyi qərarların icrası daxildir.

Daha sonra qeyri-hökumət hüquq müdafiə təşkilatı “Human Rights Watch” Monqolustan hakimiyyətini Putini həbs etməyə çağırıb. Onlar xatırladıblar ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinə qarşı həbs qərarı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
moderator.az

3Mənbələr