Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı Hakurk və \"Pəncə-kilid\" əməliyyat bölgələrində 6 PKK terrorçusu öldürülüb.
Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.