AZ

Sırski Poltavada mərkəzə hücumu şərh edib...

…Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Poltavadakı təhsil müəssisəsinə raket hücumunu şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” yazır.

Generalın sözlərinə görə, Rusiya hərbçiləri iki “İsgəndər” raketindən istifadə ediblər. O, dəqiqləşdirib ki, hərbi hüquq-mühafizə xidməti fövqəladə vəziyyətlə bağlı əməliyyat araşdırmasına başlayıb.

…Çox sayda ölü və yaralı var. Onlarla insan dağıntılar altında qalıb.

Bunu Sirski etiraf edib.

…Bundan əvvəl xəbər verilmişdi ki, çərşənbə axşamı, sentyabrın 3-də Rusiya raketləri keçmiş Sovet İttifaqı marşalı Moskalenko adına Poltava Ali Hərbi Komandanlıq Rabitə Məktəbində yerləşən təlim mərkəzinə zərbələr endirib.

Ukrayna Müdafiə Nazirliyi zərbə nəticəsində 128-ci dağ-hücum briqadasının 49 əsgərinin həlak olduğunu, 219-unun isə yaralandığını bildirib.

Baş Prokurorluq 51 qurbanın olduğunu bildirib. Eyni zamanda, “The Times” jurnalistləri bu hücumu Rusiya xüsusi əməliyyatı başlayandan bəri “ən pis” hücum adlandırıblar.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
30
sia.az

10Mənbələr