AZ

Yuxu həblərini südlə əvəzləyin

Yuxu pozğunluğu gündəlik həyata təsir edən bir çox vəziyyətlə əlaqələndirilir. Belə ki, daimi yuxu olmaması depressiv pozğunluqlara gətirib çıxarır, ürəyə yükü artırır, beynin idrak funksiyalarını azaldır.

Ucnoqta.az xəbər verir ki, somnoloq Aleksandr Kalinin daha sürətli yuxuya getmək və daha sağlam yatmaq üçün nə etməli olduğundan danışıb.
Yuxu pozğunluğu depressiyaya, diqqət və yaddaşın azalmasına, ürək problemlərinin səbəbidir. Buna görə də mütəxəssislər kifayət qədər yatmağın sağlamlıq üçün vacib olduğunu təkid edirlər.

Belə ki, somnoloq Aleksandr Kalinin fikrincə, bir sıra vacib qaydalara riayət etmək yuxunu normallaşdırmağa kömək edəcək. 
Bununla belə, yatmazdan əvvəl televizora baxmaq, telefon və digər gadgetlardan istifadə etmək tövsiyə edilmir. Bundan əlavə, yatmazdan əvvəl tərkibində kofein olan içkilərdən uzaq durmalısınız.

Ancaq yatmazdan əvvəl bir stəkan süd içmək həqiqətən daha sürətli yuxuya getməyə və daha sağlam yatmağa kömək edəcək.
Mütəxəssisin sözlərinə görə, süd məhsullarının tərkibində melatoninin prekursoru var ki, bu da yuxuya getməyi asanlaşdırır.
Eyni zamanda o qeyd edib ki, süd əvəzinə digər süd məhsullarından, məsələn, pendirdən istifadə etmək olar. ///runews

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
42
ucnoqta.az

10Mənbələr