Qida, yaşamaq üçün istehlak etməmiz lazım olan şeydir. Bir çox qidaları hər kəs yeməsə də, elə qidalar var ki, bütün dünyada istehlak olunur. Həmin qidaları milyonlarla adam istehlak edir.
10. Dondurma
Dondurma böyükdən-kiçiyə hər kəsin ləzzət aldığı desertdir. İsti yay günlərində müxtəlif dadlar arasından seçim edib zövqünüzə uyğun dondurma tapa bilərsiniz. Bu qaymaqlı və dadlı desertin hər il dünyada 15 milyard kiloqramdan çox istehlak edildiyi təxmin edilir. Halbuki Amerikadakı soyuducuların 98 %-də həmişə dondurma olur.
9.Şorba
Şorba soyuqdəymə üçün faydalıdır, ruhunuzu isitir və gündəlik meyvə-tərəvəz istehlakınıza töhfə verir. Fərqli formaları və dadları ilə tez və praktik yeməkdir. Araşdırmalara görə, hər il 10 milyard kasa şorba istehlak edilir və ən məşhur növü toyuq əriştə şorbasıdır.
8.Alma
Almanın dünyanın ən qədim meyvələrindən biri olduğunu öyrənəndə, onu 8-ci yerdə tapmaq daha mənalı olur. Seçmək üçün bir çox alma çeşidi, dəqiq desək 7500 növü var. Alma çoxlu sağlam və qidalı faydalarına görə ümumi qəlyanaltı seçimidir.
7. Pizza
Pizza bütün dünyada məşhur yeməkdir. Amerikada hər saniyə orta hesabla 350 dilim pizza istehlak edilir və amerikalıların 13 %-i hər gün pizza yeyir. Pizza böyüklər və uşaqlar tərəfindən sevildiyi üçün məşhur yeməkdir.
6. Kartof
Kartof dünyada ən çox istehsal və istehlak edilən tərəvəzdir, ondan müxtəlif yeməklərdə istifadə oluna bilər. 4000-dən çox çeşidin olduğu təxmin edilir. Uzun rəf ömrü və çoxsaylı hazırlanma üsullarına görə dünyada bir milyarddan çox insan tərəfindən hər gün üstünlük verilir.
5. Çörək
İngilislərin yaxşı sendviçi nə qədər sevdiyini bilirdinizmi? Əslində, hər il təxminən 12 milyard sendviç istehlak edirlər. Bu saniyədə 389 sendviç deməkdir. Bu məlumatı nəzərə alsaq, yəqin ki, sendviçin əsas komponenti olan çörəyin ən çox istehlak edilən qidalar siyahısında olması sizi təəccübləndirməz.
4. Makaron
“Oxfam”ın sorğusuna əsasən, makaron dünyanın ən məşhur qidası kimi müəyyən edilib. İtalyan mənşəli bu yeməyi çox yönlü və dolğunluğuna görə bütün dünyada sevilir və e.ə. Eramızdan əvvəl 5000-ci ildən mövcud olub. Növbəti dəfə makaron yeyərkən yadda saxlamalısınız ki, siz dünyada ən çox istehlak edilən 4-cü yeməyi yeyirsiniz.
3. Toyuq əti
Üçüncü yerdə dünyada ən çox istehlak edilən qida toyuq ətidir. Bu ağ ətin məşhur olmasının səbəbi dadlı olsa da, digər ətlərə nisbətən çox asan və ucuz variant olmasıdır. Toyuq ətinin bir çox digər ət növlərinə, xüsusən də qırmızı ətlə müqayisədə daha sağlam bir seçim olması da böyük üstünlükdür. Təkcə bu deyil, toyuq həm də əla protein mənbəyidir.
2.Yumurta
Yumurta müxtəlif bişirmə üsulları ilə dünyada ən çox istehlak edilən ikinci qidadır. İstehsal həcmi o qədər böyükdür ki, onun dəqiq sayını müəyyən etmək mümkün deyil. Ancaq ümumiyyətlə ildə 2 ton yumurta istehsal edildiyi düşünülür.
1.Düyü
Düyünün bu siyahının başında olması sizi təəccübləndirməyə bilər. Axı, düyü bütün Asiyada istehlak edilən ən çox yayılmış qidalardan biridir. Asiya isə dünyanın ən böyük qitəsidir.
Bu qitənin əhalisi hər il orta hesabla təxminən 300 ton düyü istehlak edir. Bu çox düyü. Düyünün yetişdirilməsi çox asan bir məhsul olması onu ictimaiyyət üçün daha əlçatan edir.
Əvəz Həsənov