Bakı. Trend:
Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edilib.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar RespublikasıDaxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarınarkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsiistiqamətində tədbirlər həyata keçirir.
Keçirilən tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonlarıərazisindən yabanı halda bitən, ümumi çəkisi 7,628 ton olan 202875ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.