AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 7 və 8-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, bundan başqa sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərlər.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
49
xalqqazeti.az

10Mənbələr