AZ

İsveçrə Avropada ən aşağı inflyasiya nisbətinə malik ölkədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrədə inflyasiya avqustda 1,1 faizə düşüb.

Banco.az xəbər verir ki, İsveçrə Statistika İnstitutu (FSO) avqust ayı üzrə inflyasiya ilə bağlı ilkin məlumatı açıqlayıb.

Məlumatlar göstərir ki, İsveçrədə iyul ayında 1,3 faiz olan illik CPI avqust ayında 1,1 faizə qədər geriləyib. Proqnozlar inflyasiyanın 1,2 faizə düşəcəyi istiqamətində idi.

CPI aylıq müqayisədə isə dəyişməz qalıb. 2022-ci ilin avqustunda CPI 3,5 faizə qədər yüksəlmişdi.

Ölkədə avqust ayında nəqliyyat, istilik yağı və beynəlxalq turpaket xərcləri azalıb, geyim və ayaqqabı, o cümlədən kirayə qiymətləri bahalaşıb.

İsveçrədə ərzaq və enerji kimi dəyişkən qiymətləri nəzərə almayan baza inflyasiyası isə avqust ayında dəyişməyərək 1,1 faiz təşkil edib. İsveçrə Mərkəzi Bankı inflyasiya ilə mübarizə apararkən ümumi inflyasiya rəqəmindən daha çox bu dəyərə baxır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
74
banco.az

1Mənbələr